İyulun 23-nə keçən gecə Masazır qəsəbəsi ərazisindəki restoranların birindən 1700 manat dəyərində televizor, 6 ədəd pult və digər məhsulların oğurlanması barədə polisə məlumat daxil olub.
DİN-dən "Unikal"a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Əvəz Məmmədov saxlanılıb.
Araşdırmalarla onun həmin gün digər bir restorandan 520 manat dəyərində oğurluq etməsi də müəyyən olunub.