Qaxda 22 yaşlı gənc bıçaqlanıb.
"Unikal" xəbər verir ki, rayonun Lələli kənd sakini 2001-ci il təvəllüdlü Orxan İsmayıl oğlu Qəhrəmanov gecə saatlarında döş qəfəsinin kəsilmiş-deşilmiş daxilə nüfuz edən xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Müayinə zamanı O. Qəhrəmanova bıçaqla xəsarət yetirildiyi məlum olub, vəziyyəti orta-ağır qiymətləndirilir. Ona lazımi tibbi yardım göstərilib, müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir.
Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.
Seymur Əli