Ukrayna prezidenti Volodimir Zelenski artıq öz vəzifəsini yerinə yetirə bilməyəcəksə və ya vaxtından əvvəl vəfat edəcəksə, o zaman hökumət Ali Radanın sədrinə keçəcək. 

“Unikal” xəbər verir ki, bunu “Politico”ya ukraynalı müxalifətçi deputat Nikolay Knyajitski deyib.

Siyasətçinin fikrincə, bu yolla ölkədə hakimiyyət boşluğundan qaçmaq mümkün olacaq.

Eyni zamanda, Knyajitski qeyd edib ki, Ali Radanın hazırkı sədri Ruslan Stefançuk, sorğulara görə, o qədər də populyar deyil. Onun etimad reytinqi təxminən 40% təşkil edir ki, bu da Zelenskininkindən azdır.

Nuranə Abbasova