Şabran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan "Unikal"a verilən məlumata görə, rayon sakini Fizuli Qəniyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən yol hərəkəti qaydalarını bilərəkdən kobud şəkildə pozmaqla və avtoxuliqanlıq hərəkətləri törətməklə vətəndaşların haqlı narazılığına səbəb olub, eləcə də törətdiyi əməlləri sosial şəbəkələrdə paylaşıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə Fizuli Qəniyev həbs edilib.