ABŞ Dövlət Katibinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bu həftə regiona səfər edəcək.
"Unikal" xəbər verir ki, bu barədə erməni mediası ABŞ-ın İrəvandakı səfirliyinə istinadən məlumat yayıb.
Bildirilir ki, o, bu həftə Ermənistanda olacaq. Lui Bono ABŞ-ın sülh prosesinə dəstəyini və davamlı sülhə nail olmağın ən yaxşı yolunu müzakirə edəcək.
Xatırladaq ki, Luis Bono sonuncu dəfə may ayında bölgədə olub. O, Bakıda və İrəvanda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələlərini müzakirə edib.