Türkiyə-Ermənistan sərhədini keçmək istəyən Suriya vətəndaşı saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Hadisə iyulun 20-də baş verib. Belə ki, o, qanunsuz olaraq Türkiyə ərazisinə keçməyə nail olub, daha sonra Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd İdarəsinin Türkiyə-Ermənistan sərhədinin Marqara sərhəd zastavasının ərazisində sərhədi keçərkən onu saxlayıb.

Suriya vətəndaşına qarşı Ermənistan Cinayət Məcəlləsinin sərhədi qanunsuz keçmə maddəsi ilə cinayət işi başlanılıb.