Rusiya və İran milli komandaları arasında Deaflimpiadada futbol turnirinin final oyunu  kütləvi dava ilə başa çatıb .

"Unikal" xəbər verir ki, İran 2-1 öndə olub. Hakim 5 dəqiqə əlavə edib. Əsas vaxtın sonunda hakim İranın qapısına penalti təyin edib. Onların futbolçuları və məşqçiləri penaltidən yox, hakimin daha əvvəl final fitini çalmamasından narazı qalıblar. Daha sonra narazılıq davaya çevrilib. Davada bəzi məşqçilər də iştirak edib.

İranlı məşqçi öz futbolçularını meydandan çıxarıb və qələbə Rusiyaya verilib.

İranlılar mükafatlanmaya belə gəlməyiblər.