Türkiyənin hakim “Ədalət və İnkişaf Partiyası”nın (AKP) sözçüsü Ömər Çelik “Dİsney” şirkətinin “Atatürk” serialının yayımından imtina etməsini şərh edib.

"Unikal" xəbər verir ki, o, şirkət rəhbərliyinin erməni lobbisinin təzyiqinə boyun əyərək serialın platformadan qaldırılmasını utancverici olduğunu bildirib.

“Sözügedən platformanın bu münasibəti Türkiyə Respublikasının və millətimizin dəyərlərinə hörmətsizlikdir. Daha əvvəl də müxtəlif məqamlarda qeyd etdiyimiz kimi, ABŞ-dakı bu qondarma soyqırım şəbəkəsi tarixi hadisələrdən yalan siyasəti üçün alət kimi istifadə edir”, - deyə AKP sözçüsü vurğulayıb.

Çelik, həmçinim əlavə edib ki, bu lobbinin yeganə məqsədi Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının qarşısını almaqdır.