Ağdaş rayon sakini, 1992-ci il təvəllüdlü Məhəmmədəli Yusifovun kəsilmiş xəsarətlərlə xəstəxanaya daxil olması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"a verilən məlumata görə, M. Yusifova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü Nəzər Cəfərov polis əməkdaşları tərəfindən saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.