Avqustun 2-də saat 13 radələrində Binəqədi rayonu Binəqədi qəsəbəsində evlərin birində 1965-ci il təvəllüdlü Əfəndiyeva Məlahət Vaqif qızının yumruq zərbəsindən aldığı xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən "Unikal"a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən onun qardaşı 1967-ci təvəllüdlü Əfəndiyev Azər Vaqif oğlu polisə gələrək təslim olub.
İlkin məlumata görə, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.