Avqustun 1-də Astara rayonunun Çürkəş kənd sakini atasını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub 1952-ci il təvəllüdlü Qubad Əliyevin yaşadığı evdə kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.
"Unikal" xəbər verir ki, istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin zərərçəkmişin qızı 1987-ci il təvəllüdlü Rühəngiz Əliyeva tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Rühəngiz Əliyeva rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.
İstintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin zərərçəkmişin qızı 1987-ci il təvəllüdlü Rühəngiz Əliyeva tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Rühəngiz Əliyeva rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
Qeyd edək ki, ötən gün yayılan məlumatda Qubad Əliyevin oğlu tərəfindən öldürüldüyü bildirilib.
Keçirilən ilkin əməliyyat tədbirləri ilə onun oğlu- 46 yaşlı Rəşad Əliyev şübhəli şəxs qismində saxlanılmışdı.