Türkiyənin noyabradək zeytun yağının ixracına tətbiq etdiyi qadağa 220 milyon dollar itkiyə səbəb olacaq.

"Unikal" xəbər verir ki, bu qənaətə RİA Novosti statistik təhlil nəticəsində gəliblər.

Məlumata əsasən, Türkiyədən orta hesabla 33,7 milyon dollarlıq məhsul tədarük edən İspaniya sifarişçiləri daha çətin vəziyyətə düşəcəklər.