Amerikalı sahibkar İlon Mask öz Twitter sosial şəbəkəsində Meta şirkətinin rəhbəri Mark Zukerberqlə duelinin canlı yayımını elan edib.

"Unikal" xəbər verir ki, bu barədə o, Twitter səhifəsində yazıb  .

"Zuk və Musk döyüşü X-də canlı yayımlanacaq. Bütün gəlir veteranların xeyriyyə fondlarına gedəcək", - sahibkar yazıb.

Mark Zukerberq və İlon Mask rinqdəki münasibətləri Twitter-in analoqu olan Threads sosial şəbəkəsinin istifadəyə verilməsindən sonra öyrənməyə hazırlaşırlar. Döyüşün Las-Veqasda keçirilməsi planlaşdırılır. UFC prezidenti Dana Uayt əmindir ki, döyüş baş tutacaq və rekord sayda tamaşaçı cəlb edəcək. Lakin bir çox ekspertlər iki milyarder arasında duelin olmayacağını düşünür. Bundan əlavə, daha əvvəl Tesla və SpaceX-in rəhbərinin anası Mey Mask oğlunun Zukerberqlə döyüşünü ləğv etdiyini bildirib.