Ukrayna prezidenti Volodimir Zelenski korrupsiya ilə mübarizə təşəbbüsünün bir hissəsi olaraq ixtisarların yeni mərhələsini elan edib.

"Unikal" xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

“Biz öz köhnə vərdişlərinə və Ukraynanı onilliklər ərzində zəiflədən sxemlərinə bağlı olanlardan qurtulmağa davam edəcəyik”, - deyə Ukrayna prezidenti bildirib.

O əlavə edib ki, gələn həftə kadrların təmizlənməsi planlaşdırılır, lakin konkret adlar çəkməyib. Bu yaxınlarda Zelenski Ukrayna hərbi komissarlığında korrupsiyaya görə qəzəblənib.

Nəşrin müəllifləri qeyd edirlər ki, Zelenski bu yolla Qərb tərəfdaşlarını heyrətləndirməyə çalışır.