Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl Rusiyanın Ryazan vilayətinin Petruşovo kəndinə köçüb. 

"Unikal" xəbər verir ki, bu  barədə Rusiya KİV-ləri məlumat yayıb. 

Siyasətçi Rusiya prezidenti Vladimir Putinin toyuna gəlib və onunla rəqs etdikdən sonra dünyada tanınıb. Karin Knaysl 2017-2019-cu illərdə Avstriya Xarici İşlər Nazirliyinə rəhbərlik edib.

“Üç il əvvəl Avstriyanı tərk etməyə məcbur oldum, Fransada işləməyə icazə verilmədi. Qorxdum və Avropadan qaçmalı oldum, məni heç yerə qəbul etmədilər. Mən ərəb dilini bildiyim üçün Livana getdim. Rusiyada qalmaq üçün mənə kömək lazım idi. Yaşayış yeri tapmaqda mənə kömək edən insanlarla bir neçə əlaqəm var idi. Onlar mənə rus dilini öyrənməyə kömək edirlər. Mən səkkiz dil bilirəm, amma rus dili təəssüf ki, yenicə öyrənməyə başlayıram", -  yerli KİV-ə danışıb. 

O, Putini sonuncu dəfə 2019-cu ildə gördüyünü vurğulayıb.  

"Bura gəlmək asan deyildi, amma yolumu tapmağa çalışıram. Mən buranı bəyənirəm. İşə başladım, öyrətməyə və öyrənməyə davam edirəm, kitablarımı yazıram, dil öyrənirəm. Köhnə həyatımı tərk etməli, hər şeyi yenidən başlamalı oldum və 60-da bu asan deyil", - siyasətçi qeyd edib.  

Gülayə Mecid