Şahzadə Harri daha bir titulundan məhrum edilib.

“Unikal” xarici mediaya istinadən xəbər verir ki, Böyük Britaniyanın kral ailəsinin rəsmi saytı Şahzadə Harrinin “Əlahəzrətləri” titulunu silib. 

Kral ailəsinin hər bir üzvünün yer aldığı “Kral Ailəsi” bölməsində Şahzadə Harri və Meqan Marklın adları səhifənin aşağısına köçürülüb. 

Xatırladaq ki, 2020-ci ilin yanvarında Şahzadə Harri və Meqan Markl krallıq vəzifələrindən istefa verərək ölkəni tərk ediblər. 

Nuranə Abbasova