Bolqarıstan parlamentinin “Vətəndaşlar Bolqarıstanın Avropa İnkişafı Uğrunda” (GERB) partiyasından olan deputatı Vejdi Rəşidov parlamentdə və partiyada fəaliyyətini tamamilə dayandırır.

“Unikal” xarici mediaya istinadən xəbər verir ki, buna səbəb deputatın qadınlar haqqında nalayiq ifadələr işlətməsi olub. Belə ki, deputatların bazar ertəsi keçirilən növbədənkənar iclasında səs çoxluğu ilə “Məişət zorakılığından qorunma haqqında” qanuna dəyişiklikləri təsdiqlənərkən mikrofonun işə salınmasından xəbəri olmayan Rəşidov qadınlara qarşı nalayiq ifadələr işlədib.

Bu qalmaqal fonunda Rəşidov Milli Məclisin Mədəniyyət və media komitəsinin sədri və GERB-in icraiyyə komitəsinin üzvü vəzifələrindən istefa verib. Deputat, həmçinin, üzr istəyib. 

Nuranə Abbasova