Tailand kralı Maha Vaciralonqkornun ikinci oğlu 27 il sonra ölkəyə gözlənilməz səfər edib.
“Unikal” CNN-ə istinadən xəbər verir ki, onun ölkəyə qayıtması krallıqda çoxlarını təəccübləndirib.
ABŞ-da yaşayan və işləyən 42 yaşlı Vaçaraesorn Vivaçaravonqse Banqkokda imkansız uşaqlar üçün uşaq bağçasına baş çəkib.
Vaçaraesorn 71 yaşlı Kral Vaciralonqkornun 1994-cü ildə evləndiyi və sonra boşandığı ikinci həyat yoldaşı Yuvadhida Polprasertlə nikahından dünyaya gəlmiş dörd oğlundan ikincisidir.
Vaçaraesorn, anası və bacıları boşanmadan sonra bir-birlərindən uzaqlaşdılar və onun rəsmi kral titulu yoxdur.
Kral sarayı onun səfəri ilə bağlı heç bir rəsmi məlumat yaymayıb.
Nuranə Abbasova