Fransanın şərqində əlillər üçün istirahət evində yanğın baş verib.

“Unikal” xarici mediaya istinadən xəbər verir ki, yanğında 11 nəfərin öldüyü güman edilir. İtkin düşənlərin də olduğu bildirilir. 

Yanğın binanın 300 kvadratmetr sahəsini yanıb. Xilasetmə əməliyyatları hələ də davam edir.

17 nəfər təxliyə edilib, onlardan biri xəstəxanaya aparılıb.

Baş nazir Elizabet Born hadisə yerinə yollanıb.

Nuranə Abbasova