Hindistanın Qucarat ştatında mikroavtobusla yük maşınının toqquşması nəticəsində 10 nəfər ölüb. Daha 13 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə NDTV kanalı məlumat yayıb.Qəza Rajkot-Əhmədabad avtomobil yolunda baş verib. İçərisində 23 nəfərin olduğu mikroavtobus təkəri partladığı üçün idarəetməni itirərək yol kənarında dayanmış yük maşınına çırpılıb.