Moskva birjasında dolların məzənnəsi 23 mart 2022-ci ildən bəri ilk dəfə olaraq 100 rublu ötüb.

"Unikal" xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. 

Məlumata görə, dollar 0,58% bahalaşaraq 100,18 rubl təşkil edib. Eyni zamanda, avro 0,73% artaraq 109,57 rubla çatıb. 

Ağarza Elçinoğlu