Gəncə şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikasından qeyri-qanuni yolla ölkə ərazisinə gətirilmiş narkotik vasitəni satılmasını təmin etmək istəyən şəxs saxlanılıb.
DİN-in mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, Gəncə şəhər sakini Sərxan Nəbiyev sosisal şəbəkələr üzərindən İran vətəndaşı ilə Gəncə şəhəri ərazisində gizlədilən narkotik vasitəni götürərək şəhər ərazisində və kənarda satması barədə razılaşıb. Həmin şəxs Gəncə şəhərində saxlanılaraq Baş Polis İdarəsinə gətirilən zaman əlindəki çantadan 17 bükümdə ümumi çəkisi 18 kq narkotik maddə olan “heroin” və aşkarlanarq götürülüb. Saxlanılan şəxs maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, fakla bağlı araşdırmalar davam etdirilir.