Qarabağdakı qanunsuz erməni silahlı dəstələri üçün döyüş mövqeləri yaradılır.

"Unikal" apa-ya istinadən xəbər verir ki, son günlər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində fəaliyyət göstərən qeyri-qanuni erməni silahlı birləşmələrinin və Ermənistan silahlı qüvvələrinin qalıqları tərəfindən aktiv hazırlıq və gücləndirmə işlərinin görülməsi faktları aşkar edilir.

Grüntülərdə Qarabağ iqtisadi rayonunun bir neçə yaşayış məntəqəsində yerləşdirilən müxtəlif təyinatlı döyüş texnikası, xüsusilə də hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələrinin maskalanması, onlar üçün ehtiyat döyüş mövqelərinin yaradılması halları da müşahidə olunur.