"Diaqnoz Tibb Mərkəzinin Həkim-Nevropatoloqu Dr. Nafis Mütəllimovun oğlu bloger Nicat Mütəllimovun avtomobil qəzasına uğraması xəbərindən çox məyus olduğumuzu bildiririk".
Bu barədə "Unikal"a mərkəzdən məlumat verilib.
"Diaqnoz Tibb Mərkəzinin rəhbərliyi və kollektivi adından Nafis Mütəllimovun ailəsi və yaxınlarına dözümlü və mətin olmağı, oğluna tezliklə şəfa diləyirik. Dualarımız Sizinlədir", - məlumatda deyilir.