Astarada dənizdə batan şəxsin meyiti sudan çıxarılıb.
"Unikal" xəbər verir ki, rayonun Şahağacı kəndi ərazisində dənizdə batan 1997-ci il təvəllüdlü Hüseynağa Səmədovun meyiti FHN-in dalğıcları tərəfindən keçirilən axtarış tədbirləri nəticəsində tapılıb. Meyit adiyyatı üzrə təhvil verilib.
Araşdırma aparılır.