Xilasedicilər Şovi dağ kurortunda sürüşmə zonasında daha bir nəfərin cəsədini tapıblar.

“Unikal” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bununla da təbii fəlakət qurbanlarının sayı 27-yə çatıb.

Saha 6 nəfərin cəsədinin axtarışları davam edir.

Şovi dağ kurortunda baş verən sürüşmənin on dördüncü günündə çay yatağında ağır texnikadan istifadə edilməklə axtarış tədbirləri davam etdirilir.

Avqustun 3-də Şovi kurortunda sürüşmə baş verib. Xilasedicilər fəlakət bölgəsindən 200-dən çox insanı təxliyə edə bilib. 

Nuranə Abbasova