Fransanın məşhur içki şirkəti  "Pernod Ricard" konserni   Rusiyadakı fəaliyyətini dayandıracaq və ölkədəki təmsilçiliyini bağlayacaq.

"Unikal" xəbər verir ki,  bu barədə Rusiyanın "Kommersant" nəşri məlumat yayıb. 

Nəşr bildirir ki, "Pernod Ricard" məhsulları paralel idxal tədarükləri sayəsində bazarda satılmağa davam edə bilər. 

Həmçinin, "Pernod Ricard" konserni bu ilin may ayında Rusiya Federasiyasına spirt ixracını dayandırıb. Sonra məlum oldu ki, ölkədə satışı dayandırmaq üçün şirkətə daha bir neçə ay lazım olacaq.

Bununla yanaşı, qonşu ölkədə sentyabrın 1-dən məşhur içkilərin qiymətlərinin artacağı bildirilir. 

Seymur Əli