İstanbul meri Əkrəm İmamoğlu sosial şəbəkədə X (“X”, keçmiş Twitter) şəhər sakinlərini quraqlıq təhlükəsi ilə əlaqədar suya qənaət etməyə çağırıb.

"Unikal" xəbər verir ki, o bildirib ki, sinoptiklərin məlumatına görə, gələn həftə İstanbulda yağıntı gözlənilmir.

“Bütün vətəndaşlarımızı sudan istifadə edərkən və ona qənaət edərkən daha diqqətli olmağa çağırıram. Şəhərimiz və ölkəmiz quraqlıq təhlükəsi ilə üz-üzədir”, – mer yazıb.

Meriya yay mövsümünün quraq keçməsi ilə əlaqədar bazar günü şəhərin su anbarlarında su ehtiyatının normanın 32,38%-nə qədər azaldığını bildirib. Bu, son doqquz ilin ən aşağı göstəricisidir.

Sinoptiklər gələn həftə İstanbulda orta temperaturun 30°C-dən çox olacağını proqnozlaşdırırlar.

Avqustun 16-da İstanbulda 2014-cü ildən bəri ilk dəfə olaraq su anbarlarının doldurulma səviyyəsinin aşağı səviyyəyə düşdüyü bildirilib .