Danimarkanın baş naziri Mette Frederiksen və Ukrayna prezidenti Volodimir Zelenski Cənubi Yutlandiyanın Skrydstrup hava limanında Danimarka F-16 qırıcılarından birinə baxış keçiriblər.

"Unikal" xəbər verir ki, bu barədə Ritzau məlumat yayıb .

Agentlik Zelenskinin qırıcı pilot kreslosunda əyləşdiyi şəklini də yayıb.

Bundan əvvəl Danimarka Xarici İşlər Nazirliyi F-16 qırıcılarını Ukraynaya göndərməyə hazır olduğunu təsdiqləyib .

Ukrayna prezidenti Volodimir Zelenskinin dediyi kimi, o,  Hollandiyanın baş naziri  Mark Rutte ilə  Ukraynaya 42 ədəd F-16 qırıcısı tədarükü barədə razılığa gəlib. Eyni zamanda, o, bunun “pilotların və mühəndislərin hazırlanmasından sonra” mümkün olacağını dəqiqləşdirib.

Avqustun 20-də Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanı  Nikolay Oleşçuk  bildirib ki, Amerikaya məxsus F-16 qırıcı daha əvvəl Ukrayna hava limanına uçub.

Avqustun 19-da Ukraynanın müdafiə naziri  Oleksiy Reznikov  ukraynalı pilotların F-16-da təlimlərə başladığını açıqlayıb.