İsveç və Danimarkanın Tehrandakı səfirləri Quranın yandırılması ilə bağlı silsilə aksiyalarla əlaqədar İranın İran Xarici İşlər Nazirliyinə çağırılıb .

"Unikal" xəbər verir ki, bu barədə Tasnim məlumat yayıb.

“Xarici İşlər Nazirliyi İsveç və Danimarka səfirlərini çağırıb, onlar bu ölkələrdə davam edən Qurani-Kərimi təhqir edən aksiyalara etiraz ediblər”, - nəşr yazır.

İran Xarici İşlər Nazirliyinin insan haqları idarəsinin rəis müavini Danimarka və İsveç diplomatları ilə görüşündə deyib ki, İran bu iki ölkənin hökumətlərini Qurani-Kərimin təhqirinə görə məsuliyyətli hesab edir.