Ukrayna prezidenti Volodimir Zelenski Danimarkanın baş naziri Mette Frederiksen ilə birgə mətbuat konfransı zamanı Ukrayna ərazilərini NATO-ya üzvlüyü üçün mübadilə etməyə hazır olması ilə bağlı sualı cavablandırıb.

"Unikal" xəbər verir ki, bu barədə RBC Ukrayna məlumat yayıb.

“Biz Belqorodu Ukraynanın NATO-ya üzvlüyü ilə mübadilə etməyə hazırıq ”, o suala cavab olaraq bildirib.

Mətbuat konfransı Danimarka Kral Hərbi Hava Qüvvələrinin Vojens şəhərindəki Skrydstrup hərbi aerodromunda keçirilib.