Macarıstan gələn il Türkiyədən 275 milyon kubmetr qaz alacaq. 

"Unikal" xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Péter Szijjarto bildirib.

“Biz Türkiyənin “Botaş” şirkəti ilə müqavilə üzrə işləri başa çatdırmışıq, ona əsasən gələn ilin yaz-yay aylarında 275 milyon kubmetr qaz alacağıq". - deyə nazir bildirib.

Szijjarto həmçinin qeyd edib ki, Orban və Ərdoğan arasında keçirilən görüşdə Ukraynadakı münaqişə  və İsveçin NATO- ya  daxil olmasına dair sənədlərin iki ölkənin parlamentləri tərəfindən ratifikasiyası məsələsi müzakirə olunub .

O əlavə edib ki, Ərdoğan dekabrın 18-də yenidən Budapeştə səfər edəcək.

Bundan əvvəl İsveçin xarici işlər naziri Tobias Billström təklif etmişdi ki, Türkiyə və Macarıstan parlamentlərinin payızda keçiriləcək iclasından günlər və ya həftələr ərzində ölkənin NATO-ya üzvlük ərizəsini ratifikasiya edəcəklər.