Somalinin Rabitə və Texnologiyalar Nazirliyi sosial media platformaları olan "TikTok", Teleqram və mərc saytı 1XBET-i qadağan etmək qərarına gəlib.

“Unikal” xarici mediaya istinadən xəbər verir ki, nazirlik bunu sosial şəbəkələrin gənclərin həyatına mənfi təsir göstərməsi və hətta ölümlərə səbəb olması ilə əlaqləndirib. 

Həmçinin, nazirliyin açıqlamasında gənclərin və qadınların çoxluq təşkil etdiyi bu platformaların “əxlaq qaydalarına zidd davranışlar nümayiş etdirdiyi” də vurğulanıb və Somali cəmiyyətinin mənəvi davranışını qorumaq üçün çalışdıqları bildirilib. 

Nuranə Abbasova