General Viktor Əfzalov Rusiya Aerokosmik Qüvvələrinin baş komandanı vəzifəsini müvəqqəti icra edən təyin edilib. 

"Unikal" xəbər verir ki,  bu  barədə "RİA Novosti" məlumat yayıb. 

Qeyd edək ki, ötən gün Aerokosmik Qüvvələrin baş komandanı, ordu generalı Sergey Surovikin tutduğu vəzifədən azad edilib. 

Həmçinin,  Əfzalov Surovikin Ukraynada hərbi əməliyyatlar zonasında Birləşmiş Qüvvələr Qrupuna komandanlıq edən zaman artıq Aerokosmik Qüvvələrin baş komandanı vəzifəsini icra edirdi.

Gülayə Mecid