UEFA Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” - “Olimpiya” (Sloveniya) oyununun biletləri bu gün saat 11:00-dan iticket.az-da satışa çıxarılacaq.

"Unikal" xəbər verir ki, avqustun 31-i saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.

Bundan əlavə, VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 200 manatdır.