Azərbaycan millisinin sabiq üzvü Araz Abdullayev karyerasını ölkə xaricində davam etdirəcək.
"Unikal" xəbər verir ki, 31 yaşlı vinger Kosovo Super Liqası təmsilçisi “Llapi” klubuna keçib.
Bu barədə məlumatı sözügedən klubun rəsmi İnstaqram səhifəsi yayıb.
Qeyd edək ki, Abdullayev ölkəmizdə son olaraq "Sumqayıt"ın formasını geyninib.