Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında dünya çempionatının ilk günündə iki cüdoçumuz finala çıxıb.
“Unikal" xəbər verir ki, bu haqda Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Bildirilib ki, oğlanlar arasında -50 kiloqram çəki dərəcəsində yarımfinalda cüdoçularımız Məhəmməd Məmişov gürcüstanlı idmançı Şota Baçoşviliyə, Nihad Məmişov isə qazaxıstanlı idmançı Nurbol Askara qalib gəlib. Cüdoçular finalda bir-biriləri ilə qarşılaşacaqlar.
Final görüşləri saat 18:00-da başlayacaq.