Birinci Qarabağ müharibəsi şəhidi Adil Niftəliyevin cəsədinin qalıqları avqustun 24-də Xaçmazda dəfn olunub.

"Unikal" xəbər verir ki, 1992-ci ilin yanvarın 26-da Şuşa rayonun Daşaltı kəndində şəhidlik zirvəsinə ucalan qəhrəman döyüşçü ölümündən 31 il sonra doğulub boya-başa çatdığı Kiçik Baraxum kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri ilə yanaşı, Xaçmaz Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin, hüquq mühafizə orqanlarının, rayon ictimaiyyətinin nümayəndələri, qazilər və qəsəbə sakinləri iştirak ediblər.

Qeyd edək ki, şəhid Adil Niftəliyev Şuşa rayonunun Daşaltı kəndi ərazisində qalıqları aşkarlanan şəxsiyyəti müəyyənləşmiş yeddi nəfərdən biridir.

***

13:25

Daşaltı şəhidi Araz Rüstəmovun meyitinin qalıqları Xızı rayonunun Giləzi qəsəbəsində dəfn olunub.

"Unikal" xəbər verir ki, şəhidlə vaxtilə yaşadığı evdə vida mərasimi keçirilib.

Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, rayon icra hakimiyyətinin və hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Daha  sonra A.Rüstəmovun cənazəsi yaylım atəşi və Dövlət Himninin sədaları altında Giləzi qəsəbəsinin Şəhidlər xiyabanında torpağa tapşırılıb.