Qaxda 6 mindən artıq narkotik tərkibli bitki məhv edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan "Unikal"a verilən məlumata görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının və Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının birgə keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Keçirilən tədbir zamanı Almalı kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 1 ton 417 kiloqram olan 6230 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.