Türkiyəli aktyor Gürkan Uyqunun yeni layihəsi bəlli olub.
"Unikal" xəbər verir ki, aktyor "Hayatla barış" filmində rol alacaq. O, "Ali" obrazı ilə izləyicilərin qarşısına çıxacaq.
Qeyd edək ki, ekran işində Taner Ölmez, Biran Damla Yılmaz və Bülent İnal da rol alacaq.
Gürkan son olaraq "Teşkilat" serialında rol alıb.