"Real"dan Toni Kroos və "Barselona"dan Robert Levandovski Səudiyyə Ərəbistanı klublarının transfer siyahısında olub. 

"Unikal" xəbər verir ki, bu barədə FIFA agenti Marko Kirdemir açıqlama verib:

"Əl Hilal" və "Əl İttihad" bu mövsüm Toni Kroosu istəyirdi. Levandovski ilə də maraqlanırdılar. Transfer pəncərəsi bağlanmadan öncə transfer bombası olacaq", o deyib.