İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubialesə qarşı qadınlar arasında dünya çempionatının finalından sonra Cenni Hermoso ilə zorla öpüşdüyünə görə araşdırma başladılıb.
“Unikal” xarici mediaya istinadən xəbər verir ki, FİFA açıqlama yayaraq təhqiqatla bağlı yekun qərar qəbul olunmayana qədər başqa heç bir yazılı açıqlama verilməyəcəyini bildirib. İspaniya Futbol Federasiyası Baş Assambleyası Rubialesin vəziyyətini qiymətləndirmək üçün sabah növbədənkənar toplanacaq.
Rubiales etdiyi hərəkətin səhv olduğunu etiraf edib üzr istəsə də, bu reaksiyaları azaltmaq üçün kifayət etməyib. Onun istefası tələb olunur.
Nuranə Abbasova