Bu günə planlaşdırılan İrəvan-Qafan reysi baş tutmayıb.
“Unikal” erməni KİV-nə istinadən xəbər verir ki, İrəvandan Qafana təyyarə gəlməyib. Buna səbəb kimi havanın dumanlı olması göstərilib. Bilet alan sərnişinlər avtomobillərlə İrəvana yola düşməli olublar.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bildirmişdi ki, bu həftədən etibarən İrəvandan Azərbaycanla həmsərhəd olan Qafanda müntəzəm reyslər həyata keçiriləcək.
Azərbaycanla sülh müqaviləsi imzalamadığı halda Ermənistanın sərhəddə hava limanını istifadəyə verməsi ölkəmizdə etirazla qarşılanmışdı.
Qeyd edək ki, Ermənistan bu aeroportun açılışını indiyədək "təhlükəsizlik səbəbi ilə” bir neçə dəfə təxirə salıb.
Nuranə Abbasova