Bakı metropoliteninin təşkil etdiyi qatar maşinisti peşəsi üzrə kursları 8 gənc uğurla başa vurub.
"Unikal" xəbər verir ki, yeni maşinistlər artıq metropoliten yollarında işə başlayıblar. Onlardan biri Bakı metropoliteni tarixində ikinci xanım maşinistdir.
Xanım maşinist Türkan Bəylər Bakı Dövlət Universitetinin fizika ixtisası üzrə məzunudur.
Qeyd edək ki, Bakı Metropoliteninin ilk qadın maşinisti Günay Həbiblidir.