Bakıdan Zərdaba nənəsigilə qonaq gələn yeniyetmə qız Kür çayında batıb.

"Unikal" report-a istinadən xəbər verir ki, hadisə Kür çayının rayonun Təzəkənd kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 2009-cu il təvəllüdlü Bakı şəhər sakini Müzəffərli Əsma Pərviz qızı Kür çayının kənarında şəkil çəkmək istəyərkən ehtiyatsızlıq edib və suya düşərək boğulub.

Hadisə yerinə dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin daığıc-axtarış qrupunun əməkdaşları cəlb olunub.

Hazırda onun meyitinin tapılması istiqamətində işlər davam etdirilir.

Fakt araşdırılır

XXX

20:31

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Zərdab rayonunun Təzəkənd kəndi ərazisindən keçən hissəsində 1 nəfər uşağın batması barədə məlumat daxil olub.

"Unikal" xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.