“İnter Mayami”nin hücumçusu Lionel Messi özünə cangüdən tutub.
“Unikal” “Daily Mail”ə istinadən xəbər verir ki, futbolçunun cangüdənini Amerika klubunun həmsahibi Devid Bekhem seçib. Mühafizəçi İraq və Əfqanıstanda döyüş təcrübəsinə malik və döyüş sənətində mahir olan ABŞ Ordusunun Xüsusi Qüvvələrinin keçmiş əsgəridir. O, həmçinin bir neçə MMA döyüşlərində iştirak edib.
Bildirilir ki, Messinin cangüdəni müştərisini hər hansı arzuolunmaz təmasdan qorumaq üçün “İnter Mayami” matçları zamanı meydançanın kənarı ilə qaçır.
Qeyd edək ki, “İnter Mayami”də səkkiz oyundan sonra Messinin aktivində 10 qol və üç məhsuldar ötürmə var.
Nuranə Abbasova