Sloveniyanın Maribor şəhərində məktəbli boksçular arasında Avropa birinciliyinə yekun vurulub.
"Unikal" Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, 9 gün davam edən yarışı Azərbaycan milli komandası 2 qızıl və 2 bürünc medalla bitirib.
Şahin Aslanov (52 kq) və Səftər Məmmədzadə (90 kq) qızıl, Adil Zalov (63 kq) və İsmayıl Vəliyev (70 kq) isə bürünc medal qazanıblar.
Azərbaycan komanda hesabında 38 ölkə arasında 4-cü yer tutub.