Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun daha iki oyunu keçiriləcək.
"Unikal" xəbər verir ki, günün ilk matçında “Turan Tovuz” doğma meydanda “Səbail” komandasının qəbul edəcək. Tovuz şəhər stadionunda oynanılacaq qarşılaşma saat 17:00-da başlayacaq. Matçı Tural Qurbanov idarə edəcək.
Hazırda bölgə təmsilçisi 6 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Bir xalı olan “Səbail” isə 9-cu sırada yer alıb.
Günün son oyununda ilk üç turdan sonra maksimum nəticə ilə turnir cədvəlinə başçılıq edən “Zirə” 4 xalla 5-ci yerdə gedən “Sabah”ı sınağa çəkəcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək görüş saat 19:30-da start götürəcək. Matçın baş hakimi FIFA referisi Elçin Məsiyev olacaq.
Azərbaycan Premyer Liqası
IV tur
26 avqust (şənbə)
17:00. “Turan Tovuz” – “Səbail”
Hakimlər: Tural Qurbanov, Akif Əmirəli, Cəmil Quliyev, Nicat İsmayıllı
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Tovuz şəhər stadionu.
19:30. “Zirə” – “Sabah”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Fərid Hacıyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Asif Əliyev
Zirə İdman Kompleksinin stadionu.
Qeyd edək ki, IV turun açılış oyununda “Sumqayıt” “Araz-Naxçıvan”la heç-heçə edib – 1:1. Tura avqustun 27-də keçiriləcək “Neftçi” – “Qəbələ” və “Qarabağ” – “Kəpəz” oyunları ilə yekun vurulacaq.