Bakı-Salyan şossesi magistral yolunda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, qəza Şıxov çimərliyi yaxınlığında qeydə alınıb.

Belə ki, "KİA cerato" minik avtomobili "Ravon R4"lə toqquşub. Hadisə nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Gülayə Mecid