Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Unikal"a verilən məlumata görə, qəza səbəbindən metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb.

Digər bir yol-nəqliyyat hadisəsi isə Ziya Bünyadov prospekti, “Xutor” tunelinin çıxışında qeydə alınıb. Hazırda “ Koroğlu” metro stansiyası istiqamətində sıxlıq var.

Hər iki qəza səbəbindən yaranan sıxlığın aradan qaldırılması məqsədilə əraziyə yol polisi əməkdaşları cəlb olunub.